Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ayaz Qocamanovun iş adamı olan atası İlyaz Qocamanov ölkədən nə qədər valyuta çıxarıb?

“AZERTÜRK-XXI.TTC.SAN” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Qanuni təmsilçisi isə İlyaz Qocamanov Ayaz oğludur.
Yenixeber.org: Qeyd edək ki, bu ilin yanvar ayında şirkətə Azərbaycan Mərkəzi Bankı tərəfindən protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə tətbiq edilib. Həmin maddəyə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında, valyutanın xaricdən geri qaytarılmamasına görə hüquqi şəxs valyuta məbləğinin 20–30%-i həcmində cərimələnir.
Məlumatlara görə, MMC-nin sahibi sabiq deputatlığa namizəd Ayaz Qocamanovun atasıdır. Ayaz Qocamanov 2020-ci ildə keçirilmiş parlament seçkilərində 90 saylı Ağsu seçki dairəsindən namizəd olmuş və Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə rəqabət aparmışdı.
Ayaz Qocamanovun adı daha əvvəl də bir sıra qalmaqallarla – xüsusilə Sumqayıt gömrüyü ilə bağlı yaranmış problemlər, illər öncə polis tərəfindən saxlanılması xəbərləri ilə mətbuatda hallanmışdı.(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam