Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Azərbaycanda daha 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.

Yenixeber.org-un məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 14 000 manat olan “BMW 740 Li” markalı avtomobil 19 100 manata, 14 400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21 100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/tu8h0 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyunda keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclara iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam