Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazir müavinin qardaşına 1,2 milyonluq sifariş

Nazir müavinin qardaşına 1,2 milyonluq sifariş
"Naxçıvan Yol Təchizat" MMC Babək, Culfa, Ordubad, Kəngərli və Şərur rayonları ərazisində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınması xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
Yenixeber.org: Məlumata görə, tenderin qalibi "Aqroman" şirkəti seçilib. Şirkətin qiymət təklifi 1 285 628,41 manat olub. 
"Aqroman" şirkəti 2020-ci ildə yaranmasına baxmayaraq, artıq 2022-ci ildən tenderlərdə qalib olmağa başlayıb. Şirkət 2025-ci ildə üç, 2024-cü ildə bir, 2023-cü ildə bir və 2022-ci ildə bir tenderin qalibi seçilib. 
Sözgedən tenderlər təmir və abadlıq işləri ilə keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 3 384 291,50 manat təşkil edir. 
İqstisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, 16 iyul 2020-ci il tarixdə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Rəfiyev Müzadil İlqar oğludur.
"Aqroman" MMC-nin veb-səhifəsində şirkət haqqında geniş məlumat verilsə də, Müzadil Rəfiyev barəsində heç bir qeydə rast gəlinmir. O, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşıdır. Yalçın Rəfiyev bu vəzifəyə 2023-cü ildə təyin edilib. 
 
     Yalçın Rəfiyev
"Aqroman" şirkəti haqqında mediada dərc edilən mçateriallarda da Müzadil Rəfiyev Yalçın Rəfiyevin qardaşı kimi təqdim edilir və bu iddia indiyədək təkzib olunmayıb. 
"Naxçıvan Yol Təchizat" MMC Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam