Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Erməni malları Azərbaycan bazarına necə gətirilir?

\

      “Gürcüstandakı Sadaxlı və Talış bazarlarında, habelə Tiflisdə yerləşən 2-ci bazarda ermənilər tərəfindən satışa çıxarılan kənd təsərrüfatı məhsulları Azərbaycan bazarına gətirilir”. 
    "xeberinfo.com":Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
    Təşkilat rəhbəri bildirib ki, Ermənistanda istehsal edilən məhsulların Azərbaycan bazarlarında satışına tez-tez rast gəlinir: “Əvvəllər Ermənistanda hazırlanan şərabların, kofelərin satışını aşkarlayırdıq. Məsələn, Ermənistan istehsalı olan “Yubiley” konyakları Azərbaycanda gen-bol satılırdı. Amma hazırda Ermənistandan daha çox kənd təsərrüfatı məhsullarının gətirildiyinə dair xəbərlər alırıq. Burada isə daha ciddi problem var. Çünki ərzaq və qeyri-ərzaq məhsullarından fərqli olaraq meyvə-tərəvəz məhsulları markalanmadığından onların haradan gətirildiyini yoxlamaq çətindir”.
      E.Hüseynov qeyd etdi ki, harada istehsal edilməyindən asılı olmayaraq ölkəyə gətirilən bütün məhsullar ciddi şəkildə yoxlanılmalıdır: “Bu siyahıya kənd təsərrüfatı məhsulları da daxildir. Çünki istənilən məhsuldan zəhərlənmə ehtimalı var”.
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Azərbaycan bazarlarında Ermənistanda istehsal olunan şokoladların satılması xəbərləri yayılıb. Bu məhsulların Bakıya Gürcüstan vasitəsilə gətirildiyi bildirilir.
Əgər belədirsə, bəs onda müvafiq qurumlar hara baxıb?
Məsələyə münasibət bildirən İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyib ki, nazirliyin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlər zamanı Ermənistanda istehsal edilən məhsulların satışına rast gəlinməyib: “Eyyub Hüseynov həmin məhsulları görübsə, niyə şəklini çəkərək mətbuata verməyib? Erməni məhsullarının Azərbaycan bazarında satılması ilə bağlı fakt aşkarlamamışıq”.
     Dövlət Gömrük Komitəsi də Azərbaycanda Ermənistan mənşəli məhsulların satılması ilə bağlı məsələyə aydınlıq gətirib.
     Komitənin mətbuat xidmətindən mətbuata verilən açıqlamada bildirilir ki, Azərbaycanın daxili bazarında guya Ermənistan mənşəli məhsulların satılması xəbərləri yalandır: “Ölkəmizə idxal olunan kənd təsərrüfatı məhsullarını mənşə, fitosanitar, gigiyenik sertifikatları və digər zəruri sənədləri gömrük orqanlarına təqdim olunur. Bu sənədlər ciddi şəkildə yoxlanıldıqdan sonra malın ölkə ərazisinə idxalına icazə verilir. Yuxarıda sadalanan sənədlərdə şübhə doğuran məqamlar olarsa, gömrük orqanları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam