Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

4 günə 241 mln. dollar satılıb

81486a60-3fd9-41b9-a5c2-98e8c4d7b74c_292

 

Azərbaycan Mərkəzi Bankı (AMB) son 4 iş günündə ölkədəki kommersiya banklarına ümumilikdə 241 mln. ABŞ dolları satıb.
Xeberinfo.com:  Məlumata görə, ötən həftənin cümə günü AMB 49 mln. dolllar, bu həftənin çərşənbə axşamı günü 94 mln. dollar (bazar ertəsi qeyri-iş günü olub), çərşənbə günü 37 mln. dollar, dünən, cümə axşamı isə 61 mln. dollar həcmində satış həyata keçirilib.
Satışın artmasının əsas səbəbi kimi dünya bazarında dolların mövqelərinin möhkəmlənməsi prosesinin davam etməsi ehtimalları və neftin qiymətinin yenidən azalmağa başlaması amilləri sadalanır.
Qeyd edək ki, dekabr ayında ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının güclənməsi dollara olan tələbi artırıb. Ekspertlər dollar/avro məzənnəsinin ilin sonuna qədər paritetə çatacağını proqnozlaşdırırlar. Neft isə Çin iqtisadiyyatının zəifləməsi və İran neftinin bazara daxil olması gözləntiləri səbəbindən sürətlə azalmağa davam edir. Hazırda “Brent” markalı neftin qiyməti 44 dollar/barelə yaxınlaşıb. Belə davam edərsə, “Brent”in qiyməti yenidən 2008-ci ildəki 36 dollar/barel həddinə qayıdacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam