Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Banklar dollar satışını kəskin artırıb

2016-cı ilin 10 ayında banklar əhaliyə xalis 376 mln. dollar satıb

Azərbaycanın kommersiya bankları oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə xalis 94,54 mln. ABŞ dolları satıb.

Xeberinfo.com:   Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) xəbər verir.

Xatırladaq ki, sentyabr ayında bu rəqəm 65,668 mln. dollar, ötən ilin oktyabr ayında isə 327,995 mln. dollar təşkil edib. Bu ilin 10 ayı üzrə əhaliyə xalis valyuta satışı isə 375,539 mln. dollar olub.

“Report”un analitik qrupu hesab edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi və neftin ucuzlaşması bağlıdır.

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran AMB-nin valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il dekabrın 1-nə 11 182,4 mln. dollar və ya 73,6% azalaraq 4 011 mln. dollara enməsinə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam