Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 7 bankın fəaliyyəti dayandırılacaq

Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artıb.

Xeberinfo.com:   Azərbaycan Mərkəzi Bankının (AMB) III rübün nəticələrinə həsr olunan statistik göstəricilər bülleteninə istinadən xəbərə görə, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb. Halbuki II rübün yekununa əsasən, bu cür bankların sayı 5 idi.

Qeyd edək ki, III rübdə bank sektoru iki oyunçusunu, yəni "Evrobank" və "Azərbaycan Kredit Bankı"nı itirdi. AMB-nin İdarə Heyətinin müvafiq qərarı ilə adıçəkilən bankların lisenziyaları ləğv olunub.

Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəl banklardır.

Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı 23 idisə, hazırda bu cür bankların sayı 22-yə enib. Buna səbəb, "Evrobank"ın sektoru tərk etməsidir.

III rübün yekunlarına görə, Azərbaycandakı banklar müştərilərinə 758 filialla xidmət göstərir. Halbuki, II rübün yekunlarına görə, bu göstərici 763 idi. Göründüyü kimi, 5 filial bağlanıb. Banklar bunu optimallaşdırma siyasətinin həyata keçirilməsi ilə izah edir.

Maraqlıdır ki, yerli bankların şöbələrinin sayında artım müşahidə olunur. II rübdə ölkə ərazisində 163 bank şöbəsi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 165-ə qalxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam