Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

FHN nazirin bacanağına 295 minlik tender verdi -Yenə həmin şirkət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi "CBS-PP" MMC-dən 294 901,41 manat dəyərində mətbəə məhsulları alacaq. 
Yenixeber.org: Şirkət idarənin bununla bağlı keçiridyi satınalma müsabiqəsinin qalibi seçilib. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "CBS-PP” MMC 2 sentybar 1998-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 338 579 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 12, mənzil 34-də yerləşən "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
Mediada gedən məlumatlara görə, Hikmət İsmayılov föqvəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də "AFB Bank”ın sahibidir.
"CBS-PP” MMC-nin adına Kəmaləddin Heydərova məxsus şirkətlərin siyahısında rast gəlinir. Şirkət vaxtaşırı FHN-nin keçiridyi tenderlərin qalibi seçilir. 
Yeri gəlmişkən, bu günlərdə FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanov Dövlət Əmək Müfəttəişliyi Xidməti tərəfindən cərimələnib. 
Dövlət xidməti idarə rəisinə İnzibati Xətalar Məcəlləsinin 192.5-ci (İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi) maddəsi ilə cərimə yazıb.
Elnar İmanov isə qərardan məhkəməyə şikayət edib. İş Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun icraatındadır.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam