Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN-nin həbs etdiyi Etibar Əliyev “Bank Technique”yə rəhbər qaytarıldı

 

Azərbaycanın tanınmış və peşəkar bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən etibarən işə başlayacaq. 

"Xeberinfo.com":   Musavat.com-a istinadən xəbərə görə, E.Əliyev bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedib. 

Modern.az saytına verilən məlumata görə, E.Əliyev banka əvvəlki komandasını qaytarır. 
Xatırladaq ki, E.Əliyev bir müddət əvvələ qədər “Texnikabank” adlanan bankın Müşahidə Şurasına rəhbərlik edib. O, 2012-ci ilin mart ayında vəzifəsindən çıxarılmışdı.

E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu. Onunla birgə bankın digər bir neçə vəzifəli şəxsi də tutulmuşdu. 
Bir müddət həbsdə saxlanılan E.Əliyev bu yaxınlarda azadlığa buraxılmışdı. 

“Texnikabank” Etibar Əliyevdən alınandan sonra adı dəyişdirilərək, “Bank Technique” edilib. Bu bank Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Qısa müddətdən sonra “Bank Technique” çökdürüldü. Hazırda bank müflis vəziyyətdədir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam