Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Eldar Mahmudovun daha bir kadrı vəzifəsindən getdi

 

"Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılov tutduğu vəzifəni tərk edib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə məlumatı "APA-Economics" yayıb. 

Həmin məlumata görə, sədr öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb. Belə ki, oktyabrın 16-da keçirilən bankın səhmdarlarının yığıncağında R.İsmayılovun işdən çıxması ilə bağlı yazdığı ərizəyə baxılıb və sədrin ərizəsi qəbul olunub. Xəbəri bankdan təsdiqləyiblər.

JAM.AZ-ın əldə etdiyi məlumatlara görə isə Rövşən İsmayılovun sədrlikdən getməsi heç də oktyabrın 16-da olmayıb. Belə ki, sözügedən şəxs dünən işdən çıxması ilə bağlı ərizə yazıb. Daha dorğusu, ondan bunu tələb ediblər. 

Araşdırmalara görə, Rövşən İsmayılov Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevdən sonra banka rəhbər təyinatı alıb. Onun sabiq MTN şefi Eldar Mahmudovun yaxın adamı olduğu bildirilir. İddia olunur ki, Etibar Əliyevin MTN tərəfindən həsb olunmasından sonra bank Mahmudovun əlinə keçib. JAM.AZ-a verilən bilgilərdə vurğulanır ki, həmin vaxt Etibar Əliyevdən külli miqdarda pul alınmaqla yanaşı, həm də onu bank rəhbərliyindən uzaqlaşdırıblar. Yerinə isə Rövşən İsmayılovu gətiriblər. 

Etibar Əliyevdən MTN-də nə qədər pul alındığı, Texnika Bankda daha kimlərin payının olduğu və digər məsələlərlə bağlı araşdırmamız davam edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam