Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Bank Technique”dən təkzib: "Heç bir əməkdaşımız həbs olunmayıb"

 

“Bank Technique” kütləvi informasiya vasitələrində bir sıra əməkdaşlarının həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Xeberinfo.com":  “APA-Economics”in xəbərinə görə, bankın yaydığı məlumatda qeyd olunur ki, son günlər bir sıra informasiya resursları tərəfindən "Bank Technique" ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

“Bankın adı KİV nümayəndələri tərəfindən “kütləvi həbslər” və “kredit qalmaqalı” adlandırılan yazılarda qərəzli şəkildə hallanır. Bununla bağlı Bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və Bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib.

Bank bu növ qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir. Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, KİV haqqında qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır”, - deyə bankın məlumatında qeyd edilir.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam