Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda şok bahalaşma: Aprel ayına qədər qiymət artımı olacaq!

Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir.

Yenixeber.org: "Son 10-15 ili monitorinq etsək, ərzaq məhsullarında bahalaşma həmişə noyabr-dekabr aylarından mart ayına qədər davam edir. Bu, Yeni İl, Novruz kimi bayramlarla əlaqədar tələbin artması ilə bağlıdır. İndi buna spesifik xüsusiyyətlər də əlavə olunub. Çünki bu illər ərzində özümüzü ərzaqla təmin etmək istiqamətində ciddi irəliləyiş əldə olunmayıb. Bu istiqamətdə xaricdən təxminən 70-75 faiz civarında asılıyıq". 

Ekspertin sözlərinə görə, son illər xaricdə də qiymətlərin artması ölkəmizə idxal olunan məhsulların qiymətinin daha kəskin bahalaşması ilə müşahidə olunub. "Eyni prosesləri görürük. Yeni il, eləcə də yerli məhsulların mövsümlə əlaqədar bazardan çəkilməsi ilə paralel olaraq qiymətlərin kəskin artdığının şahidi oluruq. Təəssüf ki, bu hal təxminən aprel ayına qədər belə davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər qiymət artımında sürət azalacaq. Lakin bu, proseslər son illərin təcrübəsinə əsaslansa, təqribən noyabr ayının ortalarından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, bu pradiqmadan ölkə uzun illərdir çıxa bilmir", - o vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kəskin qiymət artımları aprel ayına qədər davam edəcək:

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yanvarından 1-dən bu yana ciddi bahalaşma meyillərinin müşahidə edilmədiyini söyləyib:

"Ötən ilin son 20 günündə bütün ərzaq məhsullarında bahalaşma müşahidə edildi. Vətəndaşlarımız bayram hazırlığı ilə bağlı olaraq daha çox ərzaq məhsulları alıblar. Ərzaq məhsullarının dövriyyəsi artdığı üçün  sahibkarlarımız da bundan daha çox qazanmağa çalışıb. Beləliklə, bayram gününə kimi müəyyən qədər bahalaşma öz işini gördü. Yeni ilin ilk həftəsini yenicə geridə qoyuruq. Yanvarın  birindən bu yana hələlik ciddi bahalaşma meyilləri müşahidə edilmir. Hazırda qiymətlərdə müəyyən sabitlik var. Hətta bəzi məhsullarda müəyyən ucuzlaşmalar olub. Mətbuatda iki gün əvvəl belə ehtimallar irəli sürüldü ki, balıq əti ucuzlaşacaq. Əsasları da ondan ibarət idi ki, ölkəyə balıq idxalı genişlənib. Bu inandırıcı görünmür".

A.Nəsirli qiymətlərlə bağlı durumun hökumətin atacağı addımlardan asılı olacağını vurğulayıb: "Qiymətlərin bahalaşması, özünü bazarda aparması hökumətin qarşıdakı və ondan sonrakı həftədə verəcəyi qərarlardan çox asılıdır. Gözləyək. Vəziyyəti dəyərləndirmək üçün ən azı bir iş həftəsini geridə qoymalıyıq".(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam