Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Samir Şərifov: “Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”

 

İyulun 25-dən dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə görə yeni ödəniş məbləğlərinin tətbiqi dövlətin pul qazanmaq niyyətini daşımır.

Yenixeber.org xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır:

“Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən, parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”.

Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.

Qeyd edək ki, hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçi özü qəbul edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam