Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsrail-Fələstin savaşı nefti bahalaşdırır –Ekspert

 

Sentyabrın sonunda neftin qiyməti 100 dollara yaxınlaşmışdı. Lakin sonradan korreksiya qiymətlərinin aşağı endiyinin şahidi olduq. Münaqişə olmasaydı belə, neftin qiymətində yenidən 90 dolların test olunacağı gözlənilirdi.

Bu sözləri Yenixeber.org-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İsrail-Fələstin toqquşması fonunda neftin bahalaşması haqda deyib.

Cəfərlinin sözlərinə görə, neftin qiymətinin artma səbəbi tələb və təklif, istehsalın həcmi kimi fundamental faktorlardan qaynaqlanır:

“Bu parametrlərə görə neft bazarında çatışmazlıq var. Dünyanın gündəlik neft tələbatı təqribən 100 milyon, hasilatı isə 98 milyon barreldir. Onsuz da 2 milyon barrelə yaxın çatışmazlıq vardı və qiymətlərin artımı üçün yeni dalğa gözlənilirdi. İsrail və Fələstin arasında alovlanan münaqişənin neftin qiymətinə təsir etməsinin səbəblərindən biri neft hasil edən bəzi ölkələrə çox yaxın olmasıdır. Digəri isə bu məsələdə bəzi ölkələrin Fələstini dəstəkləməsidir ki, bu da başqa bir problem yarada bilər”.

İqtisadçının sözlərinə görə, korporativ və böyük şirkətlər 70-ci illərin ortalarında məhz İsrail-Fələstin qarşıdurmasından sonra ərəb və Qərb ölkələri arasında neftin hasilatı və satışı ilə bağlı problem yaşandığını və embarqolar tətbiq olunduğunu xatırlayır:

“Ozamanki göstəricilərə görə neftin qiyməti yüksək həddə çatmışdı. Həmin dövrün alıcılıq qabiliyyətini nəzərə alsaq, bu qiymət 40 dollardan çox artmışdı. Bugünkü 1 dolların alıcılıq qabiliyyəti ilə bu qiymət 200 dollardan yuxarıdır. Sanki treyderlər tarixi hadisələri yada salaraq qiymətin artacağı ehtimalı ilə daha çox neft fyuçerslərinin alınmasına başladılar. Bu da tələbi yüksəltdi. Tələb yüksələn kimi hasilat artmırsa, onda qiymət də yüksəlir. Əgər münaqişə uzun müddət davam edərsə, yaxın həftələrdə neftin qiymətinin yenidən 100 dollara çatmasını, hətta 100 dolları ötməsini görə bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam