Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

 

Ölkəmizin, xüsusilə paytaxt Bakının mənzil bazarındakı aktivlik daşınmaz əmlakın sənədləşməsinə tələbi də artırır. Üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzil sahibləri iqtisadi proseslərdə (sığorta, girov, alqı-satqı və s.) daha geniş və rahat iştirak edir, hüquqlarından etibarlı və zəmanətli şəkildə istifadə imkanları əldə edirlər. Bütün bunlar isə, vətəndaşların mənzillərinə dair çıxarış almaq marağını artırır. Vətəndaşlar əsasən, ilkin bazarda mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) tərəfindən tikilən binalardan mənzillər alırlar. Bu mənzillərə dair çıxarışın alınması üçün tələb olunan sənədlər isə fərqlidir.

Əmlak Məsələləri Dövlət Xidmətindən Yenixeber.org a bildirilib ki, MMC-nin tikdiyi binadan mənzil alanlar ilk növbədə bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını aydınlaşdırmalıdır. Əgər binaya çıxarış verilibsə, MMC ilə mənzil sahibi arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra, həmin müqavilə əsasında mənzil sahibi mülkiyyət hüququnu qeydiyyata aldırmaqla, öz adına çıxarış əldə edə bilər.

Mənzil-tikinti kooperativlərindən mənzil alan vətəndaşlar isə ilk olaraq MTK-nın inşa etdiyi binanın müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilib-edilmədiyini (istismara qəbul aktının olub-olmadığı) dəqiqləşdirməlidir. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və maliyyə arayışı (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) tələb olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam