Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəliri 1 il ərzində 32 faiz azalan “İnvest-Az” sahibkarlara “pul qazanmaq dərsi” keçir

Öz aktivlərindən istifadə edə bilməyən “İnvest-Az” investisiya şirkəti müştərilərinə “Forex” tədrisi keçir və həftə içi hər iş günü, 24 saat boyunca pul qazanmağın yolları ilə bağlı seminar keçir.

Yenixeber.org: 4 növ investisiya alətindən biri olan “Aktivlərin idarə edilməsi”ni “İnvest-Az” investisiya şirkəti özü həyata keçirə bilməyib. Amma sözügedən şirkət bununla bağlı öz müştərilərinə məsləhətlər verir.

2022-ci ilin sonunda “İnvest-Az” şirkətinin aktivlərinin gəlirliyi 1 il ərzində 32 faiz azalıb. Şirkəti isə öz müştərilərinə “Aktivlərin idarə olunması”na görə məsləhət verir ki, pulunuz peşəkar fond meneceri tərəfindən şaxələndirilmiş investisiya portfelinə yatırılacaq. O zaman ortaya sual çıxır ki, şirkət niyə öz aktivlərinin gəlirini 1 il ərzində 32 faiz azaldıb. Burada ya sözügedən peşəkar fond menecerləri yoxdur, ya da il ərzində yatırımlar arasında itkilər baş verib. Təbii ki, investisiya yatırımlarında risk payı var və əvvəlcədən öngörülən risk faizləri hesablanır. Burada da “İnvest-Az” şirkəti şirin vədlərlə müştəri qazana bilsin deyə “investisiyanız bir deyil, bir sıra qiymətli kağızlar üzərində yatırılır” kimi sözlər verərək risk payını minimuma endirdiyini açıqlayır.

ROA göstəricilərini 8,56 faizdən 5,83 faizə endirən şirkət diversifikasiyanın gözəlliyindən bəhs edir, özünün itirdiyi faizi müştərisi üçün qazanacağını iddia edir. Bundan başqa “İnvest-Az”ın cəmi cari aktivləri də 1 il ərzində 3 milyon 639 min manat və ya 27,65 faiz azalıb. Bununla da bitmir. Şirkətin hesabatına görə, “İnvest-Az”ın əməliyyat mənfəətinin də 572 min manat və ya 40,2 faiz azalma olub. Burada da “İnvest-Az” öz müştərilərinə xarici valyuta bazarındakı əməliyyatların uğurundan bəhs edir.

Qeyd edək ki, “İnvest-Az” investisiya şirkəti bu və bu kimi tədrislərdən qazancını 8 min 941 manat və ya 47,14 faiz artıraraq 27 min 906 manata yüksəldib.(Kommersant.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam