Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AzerGold” QSC-nin ixrac gəlirləri 1 milyard manatı ötüb

Azərbaycanın qeyri-neft-qaz sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüşün beynəlxalq bazarda satışı nəticəsində ölkə iqtisadiyyatına cəlb etdiyi ümumi vəsait 1 milyard 716 min 495 manata çatıb.

Yenixeber.org: Bu barədə “AzerGold”dan məlumat verilib.

Belə ki, QSC-nin icra etdiyi 79-cu ixrac əməliyyatı nəticəsində 3.7 min unsiya qızıl, 11.4 min unsiya gümüş beynəlxalq bazarda realizə edilib və 12.8 milyon manat satış gəliri əldə edilib. Bununla QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində ixrac edilən qızılın həcmi 361.9 min unsiya, gümüşün həcmi isə 723.5 min unsiyaya çatıb.

İxrac əməliyyatları ilə yanaşı, yerli zərgərlik bazarının inkişafı məqsədilə daxili bazarda pərakəndə və xammal formasında satışlarını davam etdirən QSC-nin ümumi satış gəlirləri 1.042 milyard manatı üstələyib. Belə ki, ötən dövr ərzində 11.5 min unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda realizə edilib.

Qeyd edək ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam