Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Azərbaycan Nəşriyyatı” mənfəətini kəskin artırıb

Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2022-ci ili 29,921 milyon manat mənfəətlə başa vurub.

Yenixeber.org:  Bu, 2021-ci illə müqayisədə 26,7 dəfə çoxdur.

Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 37,084 milyon manat (əvvəlki ilə nisbətən 7,5 dəfə çox), xərcləri isə 7,163 milyon manat (88,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 34,853 milyon manat olub ki, bu da illik müqayisədə 6,9 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 8 % azalaraq 1,050 milyon manata düşüb, balans kapitalı isə 8,7 dəfə artaraq 33,803 milyon manata çatıb.

Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam