Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Talış kəndində ilk faza üzrə bərpa və quruculuq işləri bu ay yekunlaşacaq

 

Azərbaycan hökuməti Tərtər rayonunun Talış kəndində ilk faza üzrə bərpa və quruculuq işlərini bu ay yekunlaşdırmağı planlaşdırır.

Yenixeber.org: Bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

"Bundan sonra ora da bizim keçmiş məcburi köçkün soydaşlarımız qayıda biləcəklər. Hazırda bu istiqamətdə həm yol infrastrukturu, həm də kommunikasiya xətləri üzrə işlər yekunlaşmaqdadır", - deyə o qeyd edib.

"İşğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilə qədər 5 milli prioritetindən biri müəyyən edilib. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsas yol xəritəsidir. Proqram çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu gün 8 magistral və 2 dəmiryolu tikilir", - deyə E.Hüseynov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam