Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkmənistan qazı Azərbaycandan daşına bilərmi –TƏHLİL

Türkmənistan qazı Azərbaycandan daşına bilərmi –    TƏHLİL   
Avropanın yeni qaz mənbələrinin axtarışında ən çox ümid bağladığı ölkələrdən birinin Azərbaycandır. Amma Azərbaycanın qaz ehtiyatları Avropa bazarında yaranan boşluğu dolduracaq səviyyədə deyil. Avropa ildə 320 milyard kubmetr qaz işlədir, bunun düz yarısını, yəni 160 milyard kubmetrini Rusiyadan alırdı. Azərbaycanın ötən il qaz ixracatı təxminən 19 milyard kubmetr olub ki, bunun da cəmi 8,2 milyardı Avropaya gedib.
Yenixeber.org: Bu il ölkəmiz 22 milyard kubmetr qaz ixrac edəcək, onun da 11,5 milyardı Avropaya nəql olunacaq. İyul ayında Avropa Komissiyası ilə imzalanan Memoranduma əsasən, 2027-ci ilədək təchizatı 2 dəfə artırmalıyıq.
Bunun üçün TANAP-ın buraxılış gücünü 16 milyard kubmetrdən 32 milyarda, TAP-ınkını isə 10 milyard kubmetrdən 20 milyarda qədər genişləndirmək lazımdır. Hazırda bu barədə danışıqlar gedir. Çünki bundan ötrü bütün pay sahiblərinin mövqeyi və sərmayəsi tələb olunur.
Amma Avropa bazarında rus qazının boşalmış yerini doldurmaq üçün bu da kifayət deyil. Rusiyanın iştirakı olmadan qaz tədarükünün diversifikasiyası Avropa üçün son dərəcə çətindir. Belə vəziyyətdə Azərbaycan, Qazaxıstan və Özbəkistandan xeyli çox - 13,6 trilyon kubmetr qaz ehtiyatı olan Türkmənistan Avropa bazarına qaz tədarük etmək üçün ilk baxışdan aşkar namizəd olmalıdır. Amma bu zaman ortaya maraqlı siyasi dolanbaclar çıxır.
Əsas problem odur ki, Türkmənistanla Avropa arasında boru xətti yoxdur və çəkilməsi də real deyil. Ona görə hazırda çoxlarını bir sual düşündürür: Türkmənistanın zəngin qaz ehtiyatlarını Azərbaycan və Türkiyənin vasitəsilə Avropaya çıxarmaq mümkündürmü?
Türkmənistanın özü bir neçə ildir iqtisadi çətinliklər yaşamasına baxmayaraq, Avropadakı potensial qaz alıcıları ilə münasibətləri inkişaf etdirməkdə maraqlı görünmür. Əvəzində Rusiya və İranla yaxşı münasibətlər saxlayır. Onun qazını da ucuz qiymətə Rusiya alır və öz kəmərləri vasitəsilə Avropaya satırdı. Məsələn, ötən il “Qazprom” Türkmənistandan 10 milyard kubmetr qaz alıb. Bu, Türkmənistanın qaz ixracatının təxminən 1/3-i deməkdir.
Türkmənistan həm coğrafi, həm də geosiyasi baxımdan Rusiya ilə İranın arasınsa “sıxışıb”. Onların hər ikisi həmişə Xəzərin dibindən keçən boru kəmərinin çəkilməsinə etiraz ediblər və görünür, mövqelərində də qalacaqlar.
Hazırda həm Rusiya, həm də İran beynəlxalq sanksiyaların altındadırlar, ona görə də özləri Avropaya tezliklə qaz sata bilməyəcəklər. Bununla belə, gələcəkdə Avropa qaz bazarında əlavə rəqib istəmirlər. Bu, Türkmənistanın Azərbaycandan Balkana uzanan Cənub Qaz Dəhlizinə çıxışını xeyli çətinləşdirir.
Ola bilər ki, gələcəkdə Avropa ilə münasibətləri yaxşılaşdırandan sonra Rusiya yenidən Türkmənistandan qaz alıb, öz kəmərlər sistemi vasitəsilə Avropaya satsın. Amma yaxın gələcəkdə bunu gözləmək çətindir. Bütün varintlarda Rusiya Türkmənistan qazının Avropaya birbaşa satışına qarşı çıxacaq.
Bu il Rusiyanı Qərbə bağlayan vacib qaz kəmərləri sıradan çıxsalar da, “Türk axını” və “Mavi axın” sabit şəkildə fəliyyət göstərirlər. Ona görə də Rusiya öz qazını Avropa bazarına çıxarmaq üçün Türkiyəyə hab olmağı təklif edir. Moskva üçün ən sərfəli variant yenidən köhnə və xoş əyyamlarda olduğu kimi, türkmən qazını alıb, Türkiyəyə nəql etmək, oradan Avropaya satışına nail olmaqdır. Türkmənistan təbii ki, buna etiraz etməyəcək, çünki onsuz da qazını müstəqil satmaq imkanı yoxdur. Amma Türkiyə sözünü deyə və maraqlarının nəzərə alınmasını tələb edə bilər.
Ankara üçün sərfəli variant Türkmən qazının heç olmasa müəyyən qədərini daha ucuz qiymətə birbaşa almaqdır. Rusiya bununla razılaşmağa məcburdur. Amma Türkiyə ilə Türkmənistan arasında birbaşa boru kəməri olmadığından, bunu necə həyata keçirmək olar?
Cavab da birdir, variant da: svop-sxemlər vasitəsilə. Yəni tutaq ki, Türkiyə Türkmənistandan X milyard kubmetr qaz almalıdır. Həmin qaz birbaşa nəql olunmur. Azərbaycan o həcmi Türkiyəyə verir, əvəzində özünün istədiyi qrafiklə İrandan alır, İran isə eyni qaydada Türkmənistandan. Başqa sözlə, svop – çoxtərəfli mübadilə mexanizmi deməkdir. Azərbaycan-İran-Türkmənistan arasında üçtərəfli svop müqavilələri var.
Dekabrın 14-də Türkmənbaşıda Əliyev-Ərdoğan-Berdımuhəmmədov görüşü ölkələr arasında məhz üçtərəfli əməkdaşlığın inkişafına hesablanmışdı. Üçtərəfli əməkdaşlıq isə hazırda ilk növbədə haqqında danışdığımız kontekstdə maraq doğurur.
Beləliklə, məsələnin siyasi tərəfi həll olunsa, ilk dövrlərdə türkmən qazını böyük olmayan həcmlərlə (məsələn, ildə 5-6 milyard kubmetrdən başlayaraq) Azərbaycanın svop-sxemləri vasitəsilə Türkiyəyə çatdırmaq mümkündür. Bundan sonrası qardaş ölkənin qaz habı rolunda nə qədər uğurlu çıxış etməsindən asılı olacaq.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam