Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Büdcə kəsiri 3 milyarda qalxa bilər“

 

İqtisadçı ekspert Qubad Ibadoglu dövlət büdcəsinin 6 aylıq yekunlarının nəticələrini şərh edib

"Xeberinfo.com":   Məlumata görə, ekspert ölkədə faktiki olaraq iqtisadi böhranın başladığını qeyd edib: 
"Bu günlər Azərbaycan dövlət büdcəsinin altı aylıq yekunları ortalıqdadır və məlum olur ki, dövlət büdcəsinin gəlirləri 7,8 milyard olub və xərcləri 8,6 milyard. Altı ay ərzində 770 milyon manatda kəsir yaranıb, baxmayaraq ki xərcləri 85 faiz icra eləmişik. 
Bu gün gedən proseslər onu göstərir ki, ilin sonuna yəqin ki Azərbaycan dövlət büdcəsinin kəsiri ən azı 1,5 milyarddan yuxarı olacaq. Ola bilər ki, bu 3 milyarda qədər qalxsın, çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələri də əvvəlki həcmdə saxlamaq mümkün olmayacaq. Azərbaycanın mövcud qanunvericiliyinə görə bu balansdakı kəsiri iki mənbədən maliyyəşdirmək olur: biri vahid xəzinə hesabının qalığından, artıq bu qalıqdan biz istifadə etmişik, bir də ki, özəlləşdirmədən daxil edilən gəlirlərdən. 
Başqa bir üçüncü mənbə də var, qiymətli kağızlardan gələn gəlirlər. Təəssüflər olsun ki, qiymətli kağızlardan əlavə vəsait cəlb eləmək imkanlarımız məhduddur. Ona görə də özəlləşdirmədən gələn gəlirlərdən Azərbaycanın dövlət büdcəsinin kəsirini maliyyələşdirməsi üçün bir mənbə ola bilər. 
Bir də səbəb də ondan ibarətdir ki, dövlət şirkətlərinin əksəriyiyəti yaxşı idarə olunmur. Pis idarəçiliyin əsas səbəblərindən biri də mülkiyyət münasibətləri ilə bağlıdır."
Azərbaycanda GMO ziddiyyəti: bu məhsullar necə yoxlanır?Hökumətin dərmanlara 2 qəpiklik endirim hoqqabazlığı - ARAŞDIRMA Rəcəb Tayyip Ərdoğanın Təhlükəli Oyunu (TƏHLİL)"Sumqayıt ŞPİ-nin rəis müavini məndən qisas alır" – 7 min manatABŞ prezidentliyinə iddiaçı Ziya Məmmədovun oğlundan 2,5 milyon dollar alıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam