Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu gedişlə büdcədə ilin sonuna yaxın gərginlik yaranacaq”

qubad

 

«Son iki ayda büdcə gəlirlərində kəskin azalma olub. Mayda dövlət büdcəsinə740.3 milyon, iyunda isə 680 milyon manat vəsait toplanıb. Bu son yarımilin orta aylıq göstəricidən təqribən 30 faiz azdır».

Xeberinfo.com:   Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb. Durumun narahatedici olduğunu vurğulayan ekspert xatırladıb ki, dövlət büdcəsinə yanvarda 1 milyard 350 milyon, fevralda isə 1 milyard 33 milyon manat vəsait toplanıb. O qeyd edib ki, büdcə, hələ də, neft gəlirlərindən asılı vəziyyətdədir: «Bu il Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 7 milyard 615 milyon manat və ya ayda orta hesabla 634.5 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında dövlət büdcəsinə yığılan vəsaitin 62.1 faizinibirbaşa Neft Fondundan transferlər təşkil edir. Bundan başqa, il ərzindədövlət büdcəsinə xarici neft şirkətlərindən vergi daxilolmaları 370 milyon manat proqnozlaşdırılıb. Elə təxminən bu qədər də vəsaitin SOCAR-dan daxil olması gözlənilir. Belə olan halda, ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirlərində neftin payı 68 faizdən çox olur. Göründüyü kimi, cari ilin dövlət büdcəsi, hələ də, neft gəlirlərindən formalaşır».

BÜDCƏDƏ GƏRGİNLİK YARANA BİLƏR

Q.İbadoğlu ilin sonunda büdcədə gərginliyin ola biləcəyini istisna etməyib: «Rəsmi statistik məlumatlar göstərir ki, dövlət büdcəsinə 6 ayda yığılan 6 milyard 133.8 milyon manatın yarısı son 2 ayda xərclənib. Son 2 ayda büdcə xərcləmələrinin kəskin artmasında «Formula 1» Avropa Qran-pri yarışlarının da rolunun olması şübhə doğurmur. Əvvəlki illərin praktikasından bəllidir ki, ilin ikinci yarısında, xüsusilə də noyabr-dekabr ayında büdcə xərcləmələri çoxalır. Bu gedişlə büdcədə ilin sonuna yaxın gərginlik yaranacağı ehtimal oluna bilər».

Bu il dövlət büdcəsinin gəlirləri 16 milyard 800 milyon, xərcləri isə 18 milyard 500 milyon manat müəyyən edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam