Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan qazı Balkan savaşında əsas faktor kimi

 

Avropa Komissiyası “Qazprom”un “Türk axını” layihəsinin dəniz hissəsinin birinci xəttinin tikintisi haqda İtaliyanın “Saipem” şirkəti ilə müqaviləni ləğv etdikdən sonra yeni variantlar üzərində axtarışa başlayıb. Çünki Avropa Rusiya qazından tam imtina etmək istəmir, sadəcə olaraq, ikinci plana keçirir.


"Xeberinfo.com":    Məlumata görə, publika.az xəbər verir ki, “Kommersant” nəşri Avropanın Yunanıstan, Bolqarıstan və Serbiyanı Azərbaycan qazı ilə təmin etməyi təklif etdiyini yazıb.



Qeyd edək ki, Bolqarıstan Rusiyanın “Cənub axını”, Yunanıstan və Serbiya isə “Türk axını” layihəsinin əsas marşrutu idi. Lakin Bolqarıstan geri çəkiləndəndən sonra “Cənub axını” ləğv olundu. Onun əvəzində Kremlin irəli sürdüyü “Türk axını” da demək olar ki, arxivə göndərilmək üzrədir. Sadəcə olaraq, Avropa Rusiya istəməsə belə onun üçün Ukrayna marşrutunu hazırlayır. Hesablamalara görə, Azərbaycan qazını əsas alternativ kimi qəbul edən Brüssel, dolayısı ilə ABŞ, Moskvanın bütün çıxışlarını qapamaqla axırda Ukraynaya möhtac qoyacaq. Bu isə Rusiyanı Kiyevdən asılı duruma gətirəcək və separatçıların tutduğu Donetsk və Luqans bölgələri boşaldılacaq. Serbiyanın və Makedoniyanın təzyiq altında geri çəkilməsi buna hesablanmışdı. Yunanıstanın defolt həddinə qədər gəlib çıxmasının arxasında da Çipras hökumətinin Brüsselə üz döndərməsi amilləri dayanır.



Məşhur “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri isə yazır ki, proseslərin hazırki situasiyasında Avropa Komissiyası qaz paylayıcı olaraq Xorvatiyanı oyuna daxil etmək niyyətindədir. Belə ki, Azərbaycan qazını gətirəcək TAP buradan Macarıstan və Slovakiya doğru diversifikasiya olunacaq. Beləliklə, Avropa Balkanların qazsız qalan ölkələrinə yardım edəcək və Rusiya qazına qarşı real alternativ yaranacaq.

 

  
Nəşr yazır ki, hazırda Balkan ölkələri uğrunda ABŞ və Rusiya arasında qızğın mübarizə gedir. Belə görünür ki, Vaşinqton bu bölgədə irəliyə keçib. Çünki Rusiyanın yolları tıxanır. Hətta Avropa Rusiya qazı olmadan ehtiyaclarını tam ödəyə bilməyəcəyini anlasa da, bundan imtina edir. Əsas alternativ isə Azərbaycandır. Yaxın dövrlərdə güman ki, hər şey öz aydınlığına qovuşacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam