Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“TAP Avropa üçün daha səmərəlidir”

 

Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzalayıb. Anlaşma regionda hansı  dəyişikliklərə səbəb olacaq?

 

"Xeberinfo.com":   Publika.Az –a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Yunanıstan hökumətinin “Moskva sevgisinin” sonadək davam edəcəyini də proqnozlaşdırmaq çətindir. Ekspertin sözlərinə görə, anlaşma indiki halda hər iki tərəf üçün sərfəli görünür. Afina bununla potensial maliyyə cəlb etməyə çalışır. Sanksiyalardan əziyyət çəkən rəsmi Moskva isə son anlaşma ilə Avropa bazarına çıxışını gücləndirmək istəyir.  Avropa Birliyi də son anlaşmaya  ciddi təpgi göstərmir: “Rəsmi Brüssel bununla regional layihələrə, xüsusən də TANAP və TAP-a alternativin olduğunu nümayiş etdirir. Xəzər regionunda özü üçün daha məqbul şərtlərlə möhkəmlənməyə üstünlük verir. TAP layihəsi ətrafında Avropanın bir sıra ölkələrində səsləndirilən son spekulyativ bəyanatlar da məhz buna hesablanıb. Eyni zamanda Avropa Birliyinə üzv olan Yunanıstan sadəcə Brüsselin deyil, o cümlədən borclu olduğu beynəlxalq maliyyə qurumlarına  nəzarət edən Vaşinqtonun da rəyini nəzərə almalıdır”.

 

V.Bayramov deyir ki,  mövcud geo-siyasi və geo-ekonomik faktorları nəzərə alan zaman TAP Avropa üçün daha əlverişli və səmərəlidir:

 

“Əvvəlla, kəmər Rusiyadan kənar keçdiyi üçün avropalılara “Qazprom”un dominatlığını zəiflətməyə yardım edir.

 

İkincisi, yalnız Xəzəryanı ölkələrin deyil, eyni zamanda İraqın da kəmərə qoşulması imkanları Avropaya qaz nəqlini fasiləsiz və rentabelli edir.

 

Üçüncüsü, TAP-ın illik ötürmə qabiliyyəti 60 milyard kub metrədək artırıla bilər. Bu da Mərkəzi-Şərqi Avropa ölkələrindən Bolqarıstan ilə yanaşı digər dövlətlərin də daxili şəbəkə vasitəsi ilə layihədən faydalanmasına və “Qazprom” asıllığını azaltmasına imkan verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam