Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Avropa Oyunlarının gəlirlərini fərqləndirmək lazımdır"

 

“Avropa Oyunlarının iqtisadi əhəmiyyətini hesablayan zaman həm cari, həm də starteji gəlirləri bir-birindən fərqləndirmək vacibdi”.

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Publika.az-a şərhində iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, gəlirlər sadəcə qısa müddətli dövrü əhatə etməyəcək. Ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək.  Əvəlla, bu oyunların keçirilməsindən həm cari, həm də srtateji baxımdan turizm sektoru və sahədə fəaliyyət göstərən sahibkarlar faydalana biləcəklər: “Avropa oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq”.

 

V.Bayramov strateji gəlirlərindən də danışıb. Bildirib ki, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək:” Azərbaycan İslam, Avropa Çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq, ölkəmiz növbəti beynəlxalq yarışların təşkil edilməsi üçün bütün bazanı formalaşdırıb. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam