Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mobil operatorlara vaxt qoyuldu

 

Azərbaycanda fəaliyyət göstərən Bakcell və Azercell mobil operatorlarına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən verilmiş müvafiq lisenziyanın müddəti bu il başa çatır.

 

"Xeberinfo.com":   Məlumata görə, yeni lisenziyanın verilməsi zamanı şəbəkə keyfiyyətinin artırılmasına dair nazirliyin qoyduğu şərtlər nəzərə alınacaq.

Bunu Gəncədə vətəndaşları qəbul edən Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, göstərilən rabitə xidmətinin keyfiyyətinin ölçülməsi məqsədi ilə bir çox sınaqlar artıq yekunlaşıb.

“Bizim tərəfdən bütün telekommunikasiya operatorlarına şəbəkə keyfiyyətinin arıtırılması tələbi qoyulub. Bu yaxınlarda qlobal testlər keçirdik. Testlərin nəticələri həm stasionar həm də, mobil operatorlara göndərilib. Mobil operatorların yenidən lizensiya alacağı vaxtda biz tələblərin yerinə yetirilib-yetirilmədiyini nəzərə alacağıq.” – deyə Əli Abbasov bildirdi.

Nazir mobil operatorlar tərəfindən tənzimləyici orqanların tələbləri yerinə yetirilməyəcəyi halda lizensiya verilməsində çətinliyin olacağını da istisna etmədi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam