Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa “Qazprom”u cəza ilə hədələyir

 

Avropa İttifaqı “Qazprom”a qarşı hüquqi hücum hazırlayır

 

"Xeberinfo.com":  Anti-inhisar agentliklərindən alınan məlumatlarda bildirilir ki, Moskva bazardakı hegemon mövqeyindən sui-istifadə edərək müştəriləri qiymətdə aldadıb.
Avropa İttifaqının ədalətli rəqabət komissarı Margretye Vestager şirkətə qarşı hüquqi sənədin üzərində işləyir.
“Qazprom”a qarşı sözügedən məsələ üzrə təhqiqat artıq iki ildir ki, davam edirdi.
Bundan bir həftə əvvəl xanım Vestager Aİ inhisar qaydalarını pozduğuna görə ABŞ-ın internet nəhəngi Google-a qarşı rəsmi ittiham irəli sürüb.
Təhlilçilər bildirirlər ki, xanım Vestager belə görünür, böyük korporasiyaları lərzəyə gətirmək yolu tutub.
Xəbərlərdə deyilir ki, Vestager, çox güman “iradlar siyahısı” adlanan ittiham vərəqini “Gazprom”a ABŞ səfərindən qayıtdıqdan sonra təqdim eəcək.
“Qazprom” və Avropa Komissiyası bu xəbərin şərhindən imtina ediblər.
Rusiya şirkətinə yaxın mənbə Reuters agentliyinə bildirib ki, Moskva qiymət məsələsində həmişə “dostcasına razılaşmağa” üstünlük verib, lakin indi bu ittihamnaməni çox da yaxşı qarşılamayacaq.
“Qazprom” hələ ötən il bu məsələ barədə Vestagerin xələfi ilə dil tapmağa çalışsa da, uğur əldə edə bilməmişdi.
Bundan əlavə, Ukrayna böhranına görə Rusiyaya olan ümumi münasibət də mənfiyə doğru dəyişib.
Vestagerin Vaşinqtonda etdiyi çıxışından belə görünür ki, onun siyasəti “dil tapmağa” deyil, “cərimələməyə” hesablanıb. (azadliq.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam