Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir: “Koronavirusa görə heç bir yarışa məhdudiyyət qoymamışıq”

 

 

“Hazırda koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq”.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, hansı ölkələrdə təhlükə görürlərsə federasiyalarla birlikdə qərar qəbul edilir: “Bu gün ölkələr bu məhdudiyyəti qoyur. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

Qeyd edək ki, martın 2-də Livanın paytaxtı Beyrutda keçirilməli olan para-taekvondo üzrə Açıq Asiya Turniri koronavirusa görə baş tutmayıb. Yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam