Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

“”Tokio-2020″yə 50 lisenziyanın əldə edilməsi gözlənilir” –Azad Rəhimov

“Proqnozlara əsasən, “Tokio-2020″ Yay Olimpiya Oyunlarına 50 lisenziyanın əldə edilməsi gözlənilir”. 

Yenixeber.org: Bunu Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov deyib.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarına velosiped və gimnastika idman növlərində ilk dəfə Azərbaycan idman məktəbinin yetirmələri vəsiqə qazanıblar: “Azərbaycan Gimnastika Federasiyası qarşıya qoyulan məqsədə tam nail olaraq, maksimum sayda lisenziyanı əldə edib. Taekvondo, cüdo, ağır atletika, triatlon, kamandan oxatma, boks, badminton, qılıncoynatma və karate növlərində də vəsiqələrin qazanılması şansları var”.

O, il ərzində narazı qaldığı idman növlərini də açıqlayıb: “Güləşdə lisenziyaların sayı ilə razı deyiləm. Bunu avarçəkməyə də aid etmək olar. Olimpiadada daim cüdodan qızıl medal gözləyirəm. Amma onlar gümüşdən yuxarı qalxa bilmirlər. Boksda yaxşı idman məktəbimiz var.  Amma onlar da lazımı nəticəni göstərmirlər”.

Nazir dopinqlə bağlı Azərbaycanı hansısa problem gözləmədiyini də qeyd edib.

A. Rəhimov federasiyalarla əlaqələrdən də danışıb. O bildirib ki, ictimai qurumların hər nəticələri qeydə alınmayıb: “Məsələn, 10-12 ölkənin iştirak etdiyi dünya çempionatlarındakı medalları biz nəzərə almırıq. Bunları saysaq, 200-300 mükafat artıq olar”. (Apasport.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam