Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Formula 1 Azərbaycan Qran Prisi 2020 - üçün marşalların qəbuluna başlanıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 5-7 iyun 2020-ci il tarixlərində Bakıda növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisininin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

 

Yenixeber.org: Növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla ümumilikdə 1300-ə yaxın marşalın cəlb olunması nəzərdə tutulur. Proqramda yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs iştirak edə bilər. Qoşulmaq istəyənlər bu keçidə daxil olaraq əlaqədar formanı doldurub təsdiq etməlidirlər.

 

BŞH-nin İdman Əməliyyatları şöbəsinin və BMK-nin rəhbəri Çingiz Mehdiyev marşallıq fəaliyyətində indiyədək böyük uğur qazandıqlarını bildirib:

 

“İlk dəfə fəaliyyətimizə 2016-cı ildə 100 nəfərlik yerli marşal heyəti ilə başlamışıq və artıq klubumuzun üzvlərinin sayı 1800-ə çatıb. Bu, çox qürurverici haldır.

Bu günədək Marşal proqramları çərçivəsində təşkil etdiyimiz intensiv təlimlər nəticəsində yüksək peşəkarlığa nail olan yerli marşallarımız hər il həm Bakıda baş tutan, həm də dünyanın dörd bir yanında keçirilən bir sıra Formula 1 Qran Pri yarışında iştirak edərək avtoidman dünyasına xüsusi qatqı göstəriblər.

Nəticədə bir vaxtlar bizim üçün əlçatmaz görünən zirvələrə proqram iştirakçılarımızın həvəs və əzmkarlığı sayəsində artıq çıxa bilmişik. Bu il daha böyük uğurlara imza atacağımıza inanırıq və fürsətdən istifadə edərək marşal adını qazananların hər birini şəxsən təbrik edir, maraqlı olan hər kəsi bu proqrama gecikmədən qoşulmağa dəvət edirəm”.

 

Proqrama cəlb olunmuş marşallar Formula 1 Azərbaycan Qran Prisi 2020-nin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda yarış həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Həmçinin Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) marşallıq fəaliyyətinə dair beynəlxalq lisenziyası təqdim olunacaq. Marşal Proqramı haqqında ətraflı məlumatı klubun rəsmi vebsaytı və Facebook səhifəsindən əldə edə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam