Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İvan Perişiç: "Azərbaycanı məğlub etməsək, bu qələbənin əhəmiyyəti olmayacaq"

 

"Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq".

Yenixeber.org:  Bunu Xorvatiya millisinin aparıcı futbolçularından hesab olunan İvan Perişiç Slovakiyanı səfərdə məğlub etdikləri (4:0) AVRO-2020-nin seçmə mərhələ oyunundan sonra Xorvatiya Futbol İttifaqının rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, etdikləri hər hücumda qol şansı yarada biliblər. Almaniya "Bavariya"sında çıxış edən oyunçu yığmaya cəlb olunan gənc futbolçulara kömək etməli olduqlarını vurğulayıb.

Slovakiya ilə qarşılaşmada qollardan birinin müəllifi olan Perişiç sentyabrın 9-da qarşılaşacaqları Azərbaycanla matçın vacibliyinə də toxunub: "Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam