Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan voleybol millisi - Braziliyadakı son yoxlama oyununda uduzub

 

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının hazırlıqları sona çatıb.

Yenixeber.org:  Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığma üzvləri 11 - 15 iyulda Bolqarıstanda, 15 - 19 iyulda Rusiyada, 19 - 24 iyulda Türkiyədə, 24 - 30 iyulda Braziliyada təlim-məşq toplanışları keçirib. Hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri və Braziliya klubu "Esporte Pineyruş"la yoldaşlıq oyunları da baş tutub. Sonuncu komanda ilə hər iki oyunda 3:2 hesabı qeydə alınıb. İlk görüşdə Azərbaycan millisi, növbəti oyunda isə "Esporte Pineyruş" qalib gəlib.

Bu gün milli komanda turnirin keçiriləcəyi Braziliyanın Uberlandiya şəhərinə yola düşəcək.

Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarının Təsnifat Turniri 1 - 3 avqustda keçiriləcək. Oyunlara vəsiqə uğrunda ümumilikdə 24 ölkənin milli komandası mübarizə aparacaq. Hər qrupdan yalnız qrup birinciləri olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam