Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranda bayrağımız üçün savaşıb ermənini diz çökdürən 11 yaşlı ZəhraDANIŞDI - VİDEO

 

İranda bayrağımız üçün savaşıb ermənini diz çökdürən 11 yaşlı Zəhra DANIŞDI - VİDEO

İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməyim Vətənə və bayrağımıza olan sevgimdən irəli gəlib.

Yenixeber.org: Bunu  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi, İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda bayrağımızın Ermənistanın bayrağı altından asılmasına etiraz edən Zəhra Salmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasını görən kimi bu barədə ilk olaraq, onunla birgə həmin ölkəyə səfər edən nənəsinə məlumat verib. Daha sonra isə komanda üzvləri ilə birlikdə yarış təşkilatçılarına müraciət ediblər:

“Bayrağın belə asıldığını ilk olaraq, mən gördüm. Daha sonra komanda yoldaşlarım Ulvira və Elnaz da mənə dəstək oldular. Birlikdə təşkilatçılara yaxınlaşaraq bildirdik ki, əgər bayrağın yeri dəyişdirilməsə, biz yarışda iştirakdan imtina edəcəyik. Təşkilatçılar bizim bu sözlərimizə hörmətlə yanaşdılar və bunun səhvən bu şəkildə asıldığını, səhvin aradan qaldırılacağını söylədilər”.

Z.Salmanlının atası Mirhəbib Salmanlı qeyd edib ki, övladının bu hərəkəti fərəhləndiricidir və onun üçün qeyri-adi hal deyil:

“Mən hesab edirəm ki, Vətəni sevən hər bir azərbaycanlı belə vəzyyətlə qarşılaşsaydı, bu cür hərəkət edərdi. Ona görə də Zəhranın bu etirazını normal qarşılayram. 10 yaşlı Zəhranın bayrağımıza qarşı belə diqqət göstərməsi onu göstərir ki, bizim övladlarımız, Azərbaycan uşaqları Vətənə sevgi ilə böyüyürlər. Biz bununla fəxr edirik”.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Z.Salmanlı İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. Azərbaycan bayrağının yeri dəyişdirilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Nəticədə bayraq fərqli və daha uyğun yerdə asılıb.

Erməni rəqibini isə mütləq üstünlüklə məğlub edən Z.Salmanlı turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam