Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə millisi İslandiyanın qonağı olacaq: DÇ-2018-in digər oyunları

turk milli

Oyun günü D, G və İ qruplarında yer alan komandalar mübarizə aparacaq

Xeberinfo.com:  Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin III turunun oyunları keçiriləcək.

Məlumata görə, oyun günü “D”, “G” və “İ” qruplarında yer alan komandalar mübarizə aparacaq.

İlk iki oyunda gərgin mübarizələrin getdiyi “D” qrupunda lider komanda müəyyənləşə bilər. Bu qrupda 4 komanda – Uels, Serbiya, Avstriya və İrlandiya yığmalarının aktivində 4 xal var. Qrupun əsas görüşü Serbiya və Avstriya komandaları arasında olacaq. Bu oyunda 3 xal qazanan komanda liderlik mövqeyini qorumuş olacaq.

“G” qrupunda da azarkeşlər maraqlı oyunun şahidi olacaqlar. Qrupun əsas favoritlərindən hesab edilən İspaniya səfərdə birinci pillədə qərarlaşan Albaniyanın qonağı olacaq. Qalib komanda birinci pillədə möhkəmlənəcək. İtaliya isə Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
“İ” qrupunda isə azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi Türkiyə yığması İslandiya səfərində meydana çıxacaq. Hazırda aktivində 2 xal olan Türkiyə səfər qələbəsi sayəsində vəziyyətini xeyli yaxşılaşdıra bilər. İslandiya ilə eyni xala malik (4 xal) Xorvatiya isə Finlandiya ilə qarşılaşacaq. Qrupun bir oyunu isə neytral stadionda keçiriləcək. Ukrayna Kosovanı tanımadığından, FİFA-ya matçın neytral meydançada keçirilməsi xahişi ilə müraciət edib. Ali futbol qurumu müraciəti müsbət cavablandırıb və qarşılaşma Polşanın Krakov şəhərindəki Marşal Pilsudski adına stadionda olacaq.

Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur

D qrupu
20:00. Uels – Gürcüstan
22:45. Moldova – İrlandiya
22:45. Serbiya – Avstriya
Qrupda vəziyyət: Uels – 4. Serbiya – 4. Avstriya – 4. İrlandiya – 4. Gürcüstan – 0. Moldova – 0.

G qrupu
20:00. İsrail – Lixtenşteyn
22:45. Albaniya – İspaniya
22:45. Makedoniya – İtaliya
Qrupda vəziyyət: Albaniya – 6. İspaniya – 4. İtaliya – 4. İsrail – 3. Makedoniya – 0. Lixtenşteyn – 0.

İ qrupu
20:00. Finlandiya – Xorvatiya
20:00. Ukrayna – Kosovo
22:45. İslandiya – Türkiyə
Qrupda vəziyyət: Xorvatiya – 4. İslandiya – 4. Ukrayna – 2. Türkiyə – 2. Finlandiya – 1. Kosovo – 1.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam