10-cu çempionatda 12 iddiaçı
Sabah futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.
Xeberinfo.com: Məlumata görə, Serbiyada keçiriləcək yubiley – 10-cu qitə çempionatında 12 ən güclü komanda mübarizə aparacaq.
Fevralın 13-dək davam edəcək yarış iştirakçıları Belqradda münasibətlərini aydınlaşdıracaq. Mükafatlar uğrunda indiyədək çempionluq sevinci yaşamış hər üç komanda da mübarizə aparacaq. İspaniya 7-ci, İtaliya 3-cü, Rusiya 2-ci dəfə qızıl medallara yiyələnmək əzmindədi. Son çempion olan appeninlilər həm də titulunu qorumalıdı.
Komandalar final mərhələsində 4 qrupda qüvvəsini sınayacaq. Sonuncu yer sahibləri mübarizəni dayandırdıqdan sonra Avropanın 8 ən güclüsü olimpiya sistemi ilə növbəti matçlarına çıxacaq.
Ardıcıl 4-cü dəfə final mərhələsində çıxış edəcək Azərbaycan millisi də 12 ən yaxşı arasında yer alıb. D qrupunda yer alan yığmamız son çempion İtaliya və Çexiya ilə üz-üzə gələcək. İlk dəfə yarışa Tino Pereslə yollanan yığmamız ilk turda appeninlilərlə qarşılaşacaq. Bu, final mərhələlərində 10-cu oyunumuz olacaq.
İki il öncə də İtaliya ilə eyni qrupda yer alan millimiz 0:7 hesablı məğlubiyyətin revanşını almağa, ən azı 1 xal qazanmağa çalışacaq. Yığmamız digər rəqibi Çexiya ilə AVRO-2010-nun final mərhələsində 2 dəfə qarşılaşıb. Həmin vaxt qrupda rəqibini yenən Joze Alesionun yetirmələri bürünc medal uğrunda qarşılaşmada uduzmuşdu.
Peresin yetirmələri mərhələ adlamağı bacarsa, C qrupunun komandalarından biri ilə görüşəcək. İtaliyanı arxada qoyacağı halda, futzalçılarımız həmin qrupun ikincisi – böyük ehtimalla Qazaxıstan və ya Xorvatiya ilə üz-üzə gələ bilər. Qrupu ikinci pillədə bitirəcəyi halda, Rusiya ilə görüşmək təhlükəsi yaranacaq. Çünki dünyanın ən güclü komandalarından biri olan şimal qonşularımızın öz qrupunda 1-ci olacağı gözlənilir.
Ümumiyyətlə, komandamızın tarixinin ən yaxşı nəticəsi də həmin vaxt Macarıstanda qeydə alınıb. Avropanın 4-cüsü olan millimiz sonrakı iki cəhddə qrup səddini adlaya bilməyib. Bu raundu 1 dəfə 1-ci, 2 dəfə 3-cü başa vuran futzalçılarımız hər üç çempionatda 13 dəfə qol buraxıb. 2010-cu ildə komandamızın üzvü Biro Jade 5 qolla final mərhələsinin ən yaxşı bombardiri mükafatına da yiyələnib.
Avro-2016-nın təqvimi
A qrupu: Serbiya, Portuqaliya, Sloveniya
B qrupu: İspaniya, Ukrayna, Macarıstan
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan
D qrupu: İtaliya, Çexiya, Azərbaycan
I tur
2 fevral
21:30. Serbiya - Sloveniya
00:00. İspaniya - Macarıstan
3 fevral
21:30. Rusiya - Qazaxıstan
00:00. İtaliya – Azərbaycan
II tur
4 fevral
21:30. Sloveniya - Portuqaliya
00:00. Macarıstan - Ukrayna
5 fevral
21:30. Qazaxıstan - Xorvatiya
00:00. Azərbaycan - Çexiya
III tur
6 fevral
21:30. Ukrayna - İspaniya
00:00. Portuqaliya - Serbiya
7 fevral
21:30. Xorvatiya - Rusiya
00:00. Çexiya - İtaliya
1/4 final
8 fevral
1) 21:30. A1-B2
2) 00:00. B1-A2
9 fevral
3) 21:30. C1-D2
4) 00:00. D1-C2
Yarımfinal
11 fevral
21:30. 1-ci cütün qalibi – 3-cü cütün qalibi
00:00. 2-ci cütün qalibi – 4-cü cütün qalibi
III yer uğrunda oyun
13 fevral, 21:30
Final
13 fevral, 00:00
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Avropa çempionatlarının mükafatçıları
İl |
Keçirildiyi yer |
Çempion |
II yer |
III yer |
1996 |
İspaniya |
İspaniya |
Rusiya |
Belçika |
1999 |
İspaniya |
Rusiya |
İspaniya |
İtaliya |
2001 |
Rusiya |
İspaniya |
Ukrayna |
Rusiya |
2003 |
İtaliya |
İtaliya |
Ukrayna |
İspaniya və Çexiya |
2005 |
Çexiya |
İspaniya |
Rusiya |
İtaliya |
2007 |
Portuqaliya |
İspaniya |
İtaliya |
Rusiya |
2010 |
Macarıstan |
İspaniya |
Portuqaliya |
Çexiya |
2012 |
Xorvatiya |
İspaniya |
Rusiya |
İtaliya |
2014 |
Belçika |
İtaliya |
Rusiya |
İspaniya |
2016 |
Serbiya |
|
|
|
Qeyd: 2003-cü ildə III yer uğrunda oyun keçirilməyib.
Azərbaycan milisi Avropa çempionatlarının final mərhələlərində
2010 |
Macarıstan |
5 |
2 |
2 |
1 |
18-13 |
IV yer |
2012 |
Xorvatiya |
2 |
0 |
0 |
2 |
9-13 |
Qrupda III yer |
2014 |
Belçika |
2 |
1 |
0 |
1 |
7-13 |
Qrupda III yer |
2016 |
Serbiya |
|
|
|
|
|
|
|
|
9 |
3 |
2 |
4 |
34-39 |
|