Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qurban Qurbanov baş məşqçi kimi 200-cü qələbəsini qazanıb

 

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub

 

Yenixeber.org: Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Zirə” ilə görüşdəki 2:1 hesablı səfər qələbəsi 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/2007 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan Qurbanov paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

O, Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. Təcrübəli mütəxəssis yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etdiyi Ağasəlim Mircavadovdan geri qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam