Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Liqasında cavab oyunları start götürəcək -1/16 final mərhələsi

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 3 matç keçiriləcək.
Xeberinfo.com:  Görüşlər Türkiyə, Fransa və Almaniyada baş tutacaq.
Günün matçlarından azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraq doğuranı İstanbuldakı qarşılaşmadır. Rusiyada Viktor Klaessonun qolu ilə qalib gələn “Krasnodar” səfərdə də “Fənərbaxça”ya müqavimət göstərmək əzmindədir. Lakin Türkiyə təmsilçisi görüşün favoriti sayılır.
Digər oyunlara gəlincə, hər ikisinin formal xarakter daşıdığını söyləmək olar. Hər halda, İngiltərədə Zlatan İbrahimoviç het-triki ilə “Sent-Etyen”i 3 cavabsız qolla məğlub edən “Mançester Yunayted”in bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.
Yunanıstanda “Şalke”yə 0:3 hesabı ilə məğlub olan PAOK-un işi daha çətindir. Cari mövsümdə Azərbaycan təmsilçisi “Qarabağ”la eyni qrupda yer alan və hər iki matçda Ağdam klubuna uduzan (2:0, 1:0) Saloniki komandası səfərdə sürprizə imza atacaq potensiala sahib deyil.
Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları
22 fevral
21:00 “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya)
Baş hakim: Pavel Raçkovski (Polşa)
İstanbul. “Şükrü Saracoğlu” stadionu
İlk oyun – 0:1
21:00 “Şalke” (Almaniya) – PAOK (Yunanıstan)
Baş hakim: Luka Banti (İtaliya)
Qelzenkirhen. “AufŞalke Arena”
İlk oyun – 3:0
21:00 “Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
Sent-Etyen. “Coffrua Qişar” stadionu
İlk oyun – 0:3

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam