Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Liqası:pley-off mərhələsinə start verilir

Çempionlar Liqasının ardınca, Avropa Liqasında da fasilə başa çatır.

Xeberinfo.com:   Məlumata görə, mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək.

Meydana öncə “Krasnodar” və “Fənərbaxça” çıxacaq. Rusiya və Türkiyə təmsilçilərinin duelində kimin üstün olacağı maraqla gözlənilir. “Mançester Yunayted”, “Feyenoord” və “Zarya” ilə eyni qrupda mübarizə aparmış “sarı-lacivərtlilər” birinci pilləni tutmuşdular. “Şalke”, “Zalsburq” və “Nitsa” klublarına rəqib olmuş “Krasnodar” isə qrup ikincisi kimi adını 1/16 final mərhələsinə yazdırmışdı.

Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” mübarizəni Avroliqada davam etdirəcək. İsraildə “Hapoel”in qonağı olacaq “qara qartal”ın işi asan olmayacaq. Çünki Beer-Şeva təmsilçisi qrup mərhələsində İngiltərənin “Sauthempton” və İtaliyanın “İnter” klublarını qabaqlayaraq, ikinci yeri tutmağı bacarmışdı.

“Fənərbaxça” və “Beşiktaş” kimi ilk oyununu səfərdə keçirəcək “Osmanlıspor” “Olimpiakos”la üz-üzə gələcək. Mustafa Reşit Akçayın yetirmələri qrup mərhələsində özlərini yaxşı tərəfdən göstərmişdilər. Belə ki, “Osmanlıspor” İspaniyanın “Vilyarreal” klubunun da yer aldığı L qrupunda birinci olmağı bacarmışdı. Ankaralıların bu tempi davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.

Qrup mərhələsində Azərbaycan təmsilçilərindən “Qarabağ”ın rəqibi olmuş “Fiorentina” 1/8 finala adlamaq üçün Mönhenqladbax “Borussiya”sını mübarizədən kənarlaşdırmalıdı. PAOK da Almaniya təmsilçisi ilə duelə çıxacaq. Saloniki təmsilçisi “Şalke” ilə matçda gücünü göstərməyə çalışacaq.

“Qəbələ”nin keçmiş rəqiblərindən “Sent-Etyenn”i ciddi sınaq gözləyir. Belə ki, fransızlar “Old Trafford”a ayaq basacaqlar. “Mançester Yunayted” – “Sent-Etyenn” qarşılaşması Poqba qardaşlarının dueli baxımından da maraq doğurur. “Sent-Etyenn”in müdafiəçisi Florentin Poqba “Mançester Yunayted”in uğurları üçün çalışan kiçik qardaşı Pol Poqbaya qarşı mübarizə aparacaq.

Mərhələnin gərgin mübarizə vəd edən görüşlərindən biri də İspaniyada baş tutacaq. “Vilyareal” E qrupunun birincisi “Roma”nı qəbul edəcək.

UEFA Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

16 fevral

20:00. “Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)

22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika)

22:00. “Alkmaar” (Hollandiya) – “Lion” (Fransa)

22:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)

22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)

22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya)

22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)

22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)

22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)

00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)

00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr)

00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)

00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)

00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa)

00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)

00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam