Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Avroliqa: "Qəbələ" yenə uduzdu - VİDEO

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" Bakıda Almaniyanın "Mayns" klubunu qəbul edib.

Xeberinfo.com:   "Bakcell Arena"da baş tutan görüşə qonaqlar daha fəal başlayıblar - 41-ci dəqiqədə Muto fərqlənib.

İkinci hissə daha məhsuldar keçib. Əvvəlcə 57-ci dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Sergey Zenyev "Qəbələ"ni önə keçirib. Lakin 68-ci dəqiqədə Con Kordoba hesaba tarazlıq gətirib.

Matçda son nöqtəni də qonaqlar qoyub. 78-ci dəqiqədə Öztunali Levin "Qəbələ"ni məyus edib - 2:3.

Qeyd edək ki, "Qəbələ" ilk oyununda səfərdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

Onu da xatırladaq ki, iki oyundan sonra aktivində xal olmayan "Qəbələ" sonuncudur. Belçikanın "Anderlext" klubu 3 xalla ikinci, Fransa "Sent-Etyen"i isə 1 xalla üçüncü pillədə qərarlaşıb. Birinci pillədə olan "Maynts"ın aktivində isə 4 xal var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam