Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cüdo Federasiyasında nə baş verir?-Hava limanında Kotsoyevin Tuncay Şamilli ilə insidenti…

media-aslann

Ölkəni beynəlxalq yarışlarda təmsil edən, 4 yaşından idmanla məşğul olan Şamil Tuncay Zəfər oğlunun Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən haqsız şəkildə milli komandadan uzaşlaşdırıldığı bildirilir.

media-cud

Yenixeber.org: Bu barədə pravda.az-a şikayət ünvanlayan Tuncay Şamilin atası Zəfər Şamilov deyib ki, o, məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

media-tunc

Z.Şamilovun sözlərin görə, iyulun 31-də Makedoniyaya yarışa gedərkən oğlu Tuncayla komandanın digər üzvü Aslan Kotsoyev arasında kiçik mübahisə yaranıb:

media-koo

“Kotsoyev Tuncaya qarşı fiziki şiddət göstərib, güc tətbiq edib və hadisə hava limanının müşahidə kameralarında lentə alınıb. Bütün bu sübutlara baxmayaraq, Cüdo Federasiyasının rəsmiləri Kotsoyev barəsində heç bir tədbir görmədən günahsız oğlumu komandadan uzaqlaşdırma qərarını verdilər. Federasiya rəsmiləri tərəfindən mənə dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilib. Qeyd edim ki, 22 iyunda Berlində keçirilən beynəlxalq yarışda oğlum Tuncay Aslan Kotsoyevi məğlub edib və həmin tarixdən Kotsoyev oğluma qarşı kinli münasibət sərgiləməkdədir. Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməmişdi və həmin arenada oğluma qarşı soyuq münasibət göstərmişdi”. 

Z.Şamilov əlavə edib ki, Federasiyada bundan öncə idmançılar Əliyev Eldar və Qarayev Fərid (Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşaviri Natiq Bağırovun tələbəsidir) arasında ciddi insident baş verib: “Hər ikisi barəsində 3 ay komandadan uzaqlaşma qərarı qəbul edilmişdi və hazırda hər ikisi komandanın üzvüdür. Elə bu hadisə də sübutdur ki, Federasiya yaranmış vəziyyətləri obyektiv dəyərləndirmir və hansısa maraqlara xidmət edir. Çox güman ki, baş verən hadisələr barədə Federasiya Prezidentinə həqiqətlər təhrif edilmiş şəkildə məruzə edilir. Oğluma qarşı edilən haqsızlığın araşdırılmasını, ədalətin bərqərar olunmasını tələb edirəm”.

Baş verənlərlə bağlı Pravda.az Azərbaycan Cüdo Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abbasova ilə əlaqə saxlayıb. Ü.Abbasova məsələ araşdırıldıqdan sonra mövqe bildiriləcəyini desə də, hələ ki, Federasiya tərəfindən heç bir mövqe bildirilməyib.

Yazıda adı keçən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam