Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa çempionu 2 milyon üçün vuruşacaq

 

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirə start verilir. Yarış dekabrın 17-dən 20-dək davam edəcək.

 

Xeberinfo.com:   Məlumata görə, beynəlxalq turnirdə 16 ölkədən 100-dən çox boksçu iştirak edir. Turnirdə kişilər arasında 10, qadınlar arasında isə 4 çəki dərəcəsi üzrə mübarizə aparılacaq.

 

Yarışda iştirak edəcək ölkələr Rusiya, Fransa, Almaniya, Bolqarıstan, Ermənistan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistandır.

 

Qeyd edək ki, millimizin heyətində "Baku Fires" klubunun 2 üzvü də mübarizə aparacaq. 60 kq çəki dərəcəsində 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov çıxış edəcək. 69 kq çəki dərəcəsində isə "Böyük İpək Yolu" turnirinin bürünc mükafatçısı Yevgeni Romaşkeviç mübarizə aparacaq.

 

Yarışın ümumi mükafat fondu 2 milyon 140 min rubldur. Peşəkar boks üzrə keçmiş dünya çempionu Ruslan Provodnikov turnirin fəxri qonağıdır.

 

Hakim Anar Nağıyev də ölkəmizi təmsil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam