Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

 

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Yenixeber.org-un məlumatına görə, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.

Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam