Kişi voleybolu: Millimiz uduzdu - CANLI YAYIM
"Xeberinfo.com": “A” qrupunda mübarizə aparan Azərbaycan milli komandası hazırda Polşa voleybolçuları ilə qarşılaşır. İlk set polşalıların üstünlüyü ilə başa çatıb - 14:25.
Polşa voleybolçuları ikinci seti də qələbə ilə başa vurublar - 13:25.
Polşalılar üçüncü setdə 17:25 hesabı ilə qalib gəliblər.
16:41
Bu gün kişi voleybolçular arasında Bakı 2015 I Avropa Oyunlarında 4-cü turun görüşləri keçiriləcək.
Məlumata görə, Azərbaycan yığması Bakı Kristal Zalında Polşa millisiylə qarşılaşacaq.
A qrupunda yer alan Bülənt Karslıoğlunun yetirmələri ilk 3 matçın hamısında məğlub olub və ilk “dördlüy”ə düşmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. Lakin bu, çox çətin görünür. Çünki rəqib qrup lideri Polşadır. 1/4 finala vəsiqəni təmin edən polşalıların liderliyi əldən verməmək üçün sonacan mübarizə aparacağı gözlənilir.
Digər rəqiblərimizdən liderlər - Fransa ilə Türkiyənin görüşü də böyük maraq doğurur.
B qrupunda itkisiz irəliləyən və növbəti mərhələyə vəsiqəni təmin edən Rusiya bu turda Bolqarıstanı sınağa çəkəcək. Burada İtaliya daha bir məğlubiyyətlə 1/4 final şansını itirə bilər.
Voleybol
Kişilər, IV tur
A qrupu
Fransa – Türkiyə 3:0 (25:23, 25:19, 25:16)
Serbiya – Finlandiya - 3:0 (25:16, 28:26, 25:20)
20:00 Polşa – Azərbaycan
1. |
Fransa |
4 |
3 |
1 |
11-3 |
328-279 |
10 |
2. |
Polşa |
3 |
3 |
0 |
9-6 |
314-306 |
7 |
3. |
Türkiyə |
4 |
2 |
2 |
8-7 |
336-311 |
7 |
4. |
Serbiya |
3 |
1 |
2 |
6-6 |
250-254 |
5 |
5. |
Finlandiya |
3 |
1 |
2 |
3-8 |
221-250 |
2 |
6. |
Azərbaycan |
3 |
0 |
3 |
2-9 |
209-258 |
1 |
B qrupu
Slovakiya – Belçika - 3:1 (25:22, 19:25, 25:21, 25:19)
16:30 Rusiya – Bolqarıstan
22:00 Almaniya – İtaliya
1. |
Rusiya |
3 |
3 |
0 |
9-2 |
269-229 |
9 |
2. |
Almaniya |
3 |
2 |
1 |
7-3 |
239-211 |
6 |
3. |
Slovakiya |
4 |
2 |
2 |
7-8 |
328-352 |
6 |
4. |
Bolqarıstan |
3 |
2 |
1 |
6-6 |
277-269 |
5 |
5. |
Belçika |
4 |
1 |
3 |
6-11 |
337-386 |
3 |
6. |
İtaliya |
3 |
0 |
3 |
4-9 |
294-297 |
1 |