Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Bakı 2015: Elvin 1/4 finalda, Səlimov erməni ilə üz-üzə - CANLI YAYIM

 

"Xeberinfo.com":  Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib. Hər 3 raunda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb – 3:0 (29:27; 30:25; 29:28).

 

14:33

 

Bakı 2015 Avropa Oyunlarında boks yarışları davam edir.

 

Məlumata görə, bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək.

 

Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. Azərbaycan yığmasının 2 boksçusu bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) ardınca Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırmağa çalışacaq.

 

Boks

Kişilər

 

52 kq

Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. 23 yaşlı boksçumuz saat 14:15-də rinqə çıxacaq.

 

60 kq

WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. Onun bugünkü görüşünə maraq olduqca böyükdür. Çünki təcrübəli idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam