Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Boks: Günün ikinci qələbəsi Pərvizdən gəldi

 

"Xeberinfo.com":   69 kq-da mübarizə aparan daha bir boksçumuz Pərviz Bağırov Belarusdan olan Vasili Belousla döyüşə çıxıb. İlk iki raund həmyerlimizin üstünlüyü ilə keçib. Üçüncü raundu da möhtəşəm keçirən boksçumuz görüşü 3:0 hesablı qələbə ilə bitirib və adını 1/4 finala yazdırıb.

 

14:15

 

Azərbaycanı 57-60 kiloqram çəkidə təmsil edən Yana Alekseyevna Finlandiya təmsilçisi Mira Potkonenlə qarşılaşıb. İlk raund təmsilçimizin xeyrinə başa çatıb. İkinci raundu da üstün keçirən azərbaycanlı boksçu rəqibinə daha dəqiq zərbələr endirə bilib.

Son 2 raundu da eyni tempdə keçirən həmyerlimiz görüşü 3:0 hesabı ilə qalib başa vurub və 1/4 finala vəsiqə qazanıb.

 

12:58

 

Bu gün Bakı 2015 Birinci Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Məlumata görə, 1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər baş tutacaq.

 

Bunun dördündə kişi, birində qadın boksçular mübarizə aparacaqlar. Azərbaycan yığmasının üzvləri bu gün keçiriləcək bütün çəki dərəcələrində rinqə çıxacaq.

 

Boks

21 iyun

 

Kişilər

 

64 kq

1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının görüşü saat 20:30-a təsadüf edəcək.

 

69 kq

Mübarizəyə bu gündən qoşulacaq Pərviz Bağırovu 1/8 finalda ciddi sınaq gözləyir. 21 yaşlı boksçumuz əvvəlki döyüşündə Anas Messaudini məğlub edən London 2012-nin iştirakçısı olmuş moldovalı Vasili Belusla qarşılaşacaq. Avropa çempionumuz rinqə saat 14:15-də çıxacaq.

 

75 kq

Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş saat 21:00-da olacaq.

 

91 kq

Azərbaycan boksçusu Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqiblə saat 15:30-da döyüşəcək.

 

 

Qadınlar

 

60 kq

Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gələcək. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə saat 13:30-da münasibətinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam