Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bakı 2015: Tayfur Əliyev rinqə çıxır - FOTOLAR

 

"Xeberinfo.com":  Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb. Təəssüf ki, görüş 0:3 hesabıyla polşalı boksçunun xeyrinə başa çatıb.

 

13:17

 

Bakı 2015 Avropa Oyunlarında boks yarışlarının 4-cü günündə 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək.

 

Məlumata görə, 5 boksçumuz bu gün rinqə çıxaraq, 1/4 finala vəsiqə qazanmağa çalışacaq.

 

İlk olaraq saat 13:30-da qadın boksçularımız arasında rinqə Anaxanım Ağayeva (-51 kq) çıxacaq. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşəcək.

 

Digər qadın təmsilçimiz Leyla Cavadova (-75 kq) 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq. Görüş saat 19:00-da başlayacaq.

 

Kişilər boksçularımızdan Tayfur Əliyev (-56 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi rumıniyalı Nikolae Andreianadır. Döyüşə saat 15:00-da start veriləcək.

 

Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (-81 kq) da mübarizəni 1/8 finaldan davam etdirəcək. Həmyerlimiz polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüş saat 21:15-də olacaq.

 

Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (-91 kq) da 1/8 finaldan mübarizəyə başlayacaq. Komandamızın kapitanı Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkəcək. Görüş saat 21:45-də baş tutacaq.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam