Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

"Avropa Oyunlarında 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq"

 

Böyük Britaniya “Bakı-2015” ilk Avropa Oyunlarında yarışacaq idmançıların adlarını elan edib.
"Xeberinfo.com":   “Azərtac”ın məlumatına görə, Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək britaniyalı idmançılardan ibarət komandaya rəhbərlik edəcəklər. Bu üçlük digər 150 idmançıya qoşularaq iyunun 12-28-də birincilik uğrunda 19 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 10-u “Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır.
 
Avropa Oyunlarında iştirak edəcək Böyük Britaniya komandasının rəhbəri Mark İnqlend deyib ki, bu onlar üçün böyük fürsətdir. O deyib: “İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çöxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar”.
 
Qeyd edilib ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü yarışlarda iştirak edirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam