Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Siyasi məhbuslar azad edilməlidir”

 

“Avropa Yay Oyunları başlayana qədər Azərbaycan bütün siyasi məhbusları azad etməlidir”

“Avropanın milli olimpiya komitələri Azərbaycan hökumətini həbs edilmiş jurnalistləri və fəalları azad etməyə çağırmasa, hüquqların pozulması qarşıda duran Avropa Oyunlarına zərər gətirəcək”.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə İdman və Hüquqları Müdafiə Alyansının 7 aprel tarixli bəyanatında deyilir. “Avropa Olimpiya Komitəsi bu problemləri prezident Əliyev qarşısında qaldırmaq üçün nadir imkana malikdir” deyə, “Amnesty İnternational”ı təmsil edən Eduard Nazarski bildirib.
İdman və Hüquqları Müdafiə Alyansı “Amnesty International”, “Human Rights Watch”, FIFPro (Avropa Futbol Azarkeşləri İttifaqı) və “Transparency International”-ın iştirakı ilə bu yaxınlarda yaradılmış koalisiyadır”.
Alyans meqa-idman tədbirlərini qəbul edən ölkələrin insan hüquqlarına hörmət etməsinə, ətraf mühiti qorumasına və idmanda korrupsiyaya qarşı mübarizə aparmasına çalışır. Musavat.com-un məlumatımna görə, Alyans Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiya Azərbaycanda hökumətin tənqidçilərinə qarşı repressiyaları pisləmək çağırışı ilə məktub göndərib.
“Aparıcı jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi və KİV, hüquq müdafiə qrupları və digər fəallara qarşı daimi təzyiq Olimpiya Xartiyasının prinsiplərinə uyğun deyil” deyə, müraciətdə bildirilir. Bu vəziyyət Bakıdakı oyunları işıqlandıran minlərlə jurnalistin işinə mənfi təsir göstərə bilər.
Bununla əlaqədar olaraq Alyans Avropanın Olimpiya Komitələrini rəsmi Bakıda iyunun 12-nə qədər ədalətsiz olaraq həbs edilmiş bütün jurnalistləri və hüquq müdafiəçilərini, o cümlədən Xədicə İsmayılı, Leyla Yunus və Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Rauf Mirqədirov, Anar Məmmədli, İlqar Məmmədov və Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyi, fəalların, jurnalistlərin, müxalifətçilərin və digər şəxslərin ifadə, toplaşmaq və birləşmək azadlığı hüquqlarının həyata keçirilməsinə görə təzyiq, qorxutma və təqiblərə məruz qoyulmasına son qoymağı, qanunvericiliyə KİV, hüquq müdafiə təşkilatları və digər müstəqil qrupların işini məhdudlaşdıran mürtəce düzəlişləri ləğv etməyi tələb etməlidir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov mediaya açıqlamasında deyib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir: “Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam