Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

““Amnesty International“ın bəyanatının heç bir əsası yoxdur“

 

"Amnesty International" məsələsi beynəlxalq mətbuatda müzakirəyə çıxarılıb və bunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Olimpiya Komitəsi "Amnesty International" təşkilatının nümayəndəsini akkreditasiyadan keçirməyib"

"Xeberinfo.com":   "Trend" xəbər verir ki, bunu Azərbaycanın Respublikası prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.
Ə.Həsənov qeyd edib: "Mən bununla bağlı araşdırma apardım, müvafiq qurumlarla əlaqə saxladım və öyrəndim ki, "Amnesty International" adından Azərbaycana səfərə gəlmək istəyən insanın adı qeydiyyatdan keçməyib, nə BEGOC-da, nə də viza almaq üçün müvafiq qurumda "Amnesty International"dan heç kimin adı yoxdur.
Sonra bəlli oldu ki, "Amnesty International" təşkilatını təmsil edən ayrı-ayrı şəxslər dolayı yolla, yəni qeyri-qanuni yolla, müxtəlif qəzetlərin adından istifadə edərək Azərbaycana keçmək istəyiblər. Burada sadəcə dolayı yolla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb. Ona görə də "Amnesty International"ın adından yayılan bəyanatın heç bir əsası yoxdur".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam