Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrəvandan növbəti sərsəmləmə

 

Ermənistan Milli Məclisinin sədr müavini Eduard Şarmazanov parlamentin iclasında Türkiyə haqqında sərsəm fikirlər səsləndirib, bu ölkənin Dağlıq Qarabağ probleminin həllində heç bir rolunun olmadığını bildirib, qondarma erməni soyqırımı ilə bağlı rəsmi Ankaranın mövqeyini tənqid edib.

"Xeberinfo.com":  Məlumata görə, o, bir daha yalana əl ataraq deyib ki, guya Ermənistan hələ 2009-cu ildə ilkin şərtlərsiz Türkiyə ilə əlaqənin qurulması prosesinə başladı. Bu, regionda sabitliyin möhkəmləndirilməsinə təsir göstərə bilərdi. Ancaq Türkiyə tərəfi bunu istəmədi. Türkiyə rəhbərliyinin elan etdiyi "qonşularla sıfır problemi" siyasəti yanlış ideologiyadır, bu, münasibətlərin yaxşılaşması imkanlarını heçə endirir.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində heç nə etmək istəmir. Qarabağ münaqişəsinin açarı burada yaşayan xalqın əlindədir: "Dağlıq Qarabağ xalqı taleyini özü həll etməlidir."

E.Şarmazanov "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması və qınanması məsələsində birləşməyin, Türkiyənin soyqırımın inkarı siyasətinə qarşı mübarizə tədbirlərinin görülməsinin zəruriliyindən danışıb: "Ermənistan parlamenti bu istiqamətdə ciddi addımların atılması üçün ilk təşəbbüs edib. Bütün fraksiyalar tərəfindən "Osmanlı Türkiyəsində 1914-1923-cü ildə yunanların və asuriyalıların soyqırımının qınanması haqqında" bəyanat layihəsinin hazırlanması sübut edir ki, biz vahid mübarizənin yeni mərhələsinə başlayacağıq".

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam